AMB sədri: Bu il 3,3 faiz iqtisadi artım proqnozlaşdırılır

 

Azərbaycanda 2025-ci il üzrə 3,3 faiz iqtisadi artım proqnozlaşdırılır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

T.Kazımov qeyd edib ki, 2026-cı ildə 2,4 faiz iqtisadi artım proqnozlaşdırılıb.

“Qeyri-neft-qaz sektoru üzrə bu rəqəm müvafiq olaraq 4,7 faiz və 4,6 faiz olacaq. Ümumilikdə Mərkəzi Bankın makro-iqtisadi proqnozları müsbətdir”, - deyə o bildirib.

2025-04-23 / 18:29
Facebook