“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə “Masdar” Şirkətinin əməliyyat üzrə rəhbəri Abdulaziz Alobaidlinin başçılıq etdiyi nümayəndə heyətləri arasında görüş olub.
ASC-dən bildirilib ki, görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlər haqda fikir mübadiləsi edilib. İstismarda olan “Qaradağ” Günəş Elektrik Stansiyası və Meqa layihənin icra strategiyası barədə müzakirələr aparılıb.