"Azərbaycan ərazisinə 1 milyondan çox mina yerləşdirilib. Bunun qurbanları mülki əhalidir".
Bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov Şuşada keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, indiyə qədər 282 nəfər mina partlayışının qurbanı olub ki, onlardan da 46 nəfəri həlak olub. İndiyə qədər azad olunmuş ərazilərdə 28 000 piyada əleyhinə mina, 39 000 partlamamış silah-sursat aşkar edilib və bu proses davam edir: “Bu minalar əhalinin yaşayış yerlərinə yaxın yerlərdə, bağlarda, evlərin həyətində basdırılıb. Bizim prioritetimiz bu ərazilərin tamamilə minalardan təmizlənməsi və vətəndaşlarımızın öz evlərinə təhlükəsiz dönüşünü təmin etməkdir”.
Vüqar Süleymanovdeyib ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycana minatəmizləmə prosesində dəstək verir: “Xüsusilə mən BMT İnkişaf Proqramını (UNDP) qeyd etmək istərdim ki, onlar ANAMA-nı ləvazimatlarla, treninqlərlə və s. dəstəkləyib”.
ANAMA sədri qeyd edib ki, yeni layihə Agentliyin əməliyyat və institusional imkanlarını daha da genişləndirəcək: “Beynəlxalq cəmiyyəti bu prosesdə bizə dəstək verməyə çağırırıq. Bu prosesdə bizə dəstək verən Avropa İttifaqına, Britaniyadan olan tərəfdaşlarımıza təşəkkür edirəm”.