Şuşa, Ağdam və Füzuliyə dekabr ayına olan avtobus biletləri satışa çıxarılır

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə dekabr ayına olan biletlər 25 noyabr 2022-ci il saat 16:00-da satışa çıxarılacaq.

Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.

Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətinə isə ilk müntəzəm avtobus reysi 25 iyun tarixində həyata keçirilib. Bu günədək ümumilikdə 432 reys həyata keçirilib, 19950 nəfər Şuşa, Ağdam və Füzuli şəhərlərinə səfər edib.

2022-11-24 / 17:46
Facebook