Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonunu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyəti Yaponiyaya səfər edib.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyəti 166 ölkədən 8,123 şəhərin üzv olduğu “Mayors for Peace” təşəbbüsünün 10-cu ümumi konfransında iştirak çərçivəsində Yaponiyanın Hiroşima şəhərinə səfər edib.
Konfransdan öncə xüsusi nümayəndə Emin Hüseynov ilə Hiroşima şəhərinin meri Kazumi Matsui arasında görüş keçirilib. Görüş zamanı Ağdam rayonun tarixi və mədəniyyəti, 30 il ərzində torpaqlarımızda törədilən vandalizm aktları, 44 günlük şanlı Vətən müharibəsində qazanılan qələbə və hal-hazırda davam edən yenidənqurma və bərpa prosesləri haqqında məlumat verilib, gələcəkdə Ağdam və Hiroşima şəhərləri arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üzrə konkret məsələlər müzakirə olunub.
Qeyd etmək istərdik ki, 2008-ci ildə Ağdam şəhəri “Lonely Planet” nəşri tərəfindən “Qafqazın Hiroşiması” adlandırılıb.