“Google”un əsas səhifəsində Azərbaycanın müstəqilliyinin bərpasına həsr olunmuş bildiriş yerləşdirilib

 

“Google” qlobal axtarış sisteminin əsas səhifəsində Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31 illiyi münasibətilə bildiriş yerləşdirilib.
Bildirişdə yerləşdirilmiş hiper-fotonun üstünə klik edəndə Azərbaycanın Müstəqilliyin Bərpası Günü ilə bağlı məlumatlar olan saytlara keçid edilir.
Qeyd edək ki, “Google”-un əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə bu cür bildirişlərin yerləşdirilməsi ənənə halını alıb.
2022-10-18 / 13:15
Facebook