Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerlə birlikdə "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisini ziyarət ediblər.
Onlar stendlərlə, sərgidə nümayiş olunan müdafiə sənayesi məhsulları ilə tanış olublar.