Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 151 şəhid ailəsi üzvü və müharibə veteranı özünüməşğulluq proqramı əsasında aktivlərlə təmin edilib.
Nazirlikdən verilən məlumata görə, biznes planlarına uyğun verilmiş aktivlər hesabına onlar müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik bizneslərini yaradıblar.
Özünüməşğulluq proqramına cəlb edilən işsiz və işaxtaran şəxslər üçün əvvəlcə kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara malik olmaları məqsədilə təlimlər təşkil edilir.
Təlimlərdən sonra onlar mal və materiallar formasında aktivlərlə təmin olunurlar.