Vətən müharibəsindən sonra 24 Azərbaycan vətəndaşı əsir-girovluqdan azad edilib

 

Vətən müharibəsindən sonra 24 nəfər (18 hərbçi, 6 mülki) Azərbaycan vətəndaşı əsir-girovluqdan azad edilib.

Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Onlardan 5 nəfəri (1 hərbçi, 4 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanmış şəxslər olub. Beləliklə, Vətən müharibəsi və sonrakı dövrdə 19 nəfər (1 nəfər mülki, 18 hərbçi) əsir və girovluqdan azad edilib.

O da bildirilib ki, Vətən müharibəsində itkin düşmüş şəxslərin sayı 6 nəfərdir, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Xatırladaq ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yenilənmiş saytında məlumat qeyd edilmişdi. Komissiyanın saytı müasir çağırışları nəzərə alaraq yenilənib.

2022-07-07 / 17:48
Facebook