ASC rəsmisi: "Su qıtlığı ərəfəsində Həkəri çayı 3 milyon əhalini içməli su ilə təmin edəcək"

 

"Həkəri su anbarı hidroqovşağının Laçın rayonunun ərazisindən axan Həkəri çayının üzərində tikilməsi nəzərdə tutulub".

Bunu “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəsmisi İlqar Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, Həkəri çayı tam olaraq ölkəmizdə formalaşır:

"Axımın əsas hissəsi bulaq sularıdır. Çox keyfiyyətli və təmizdir. Respublikamızda yaxın gələcək üçün proqnozlaşdırılan su qıtlığı ərəfəsində əsasən işğaldan azad olunmuş rayonlar və ölkəmizin 14 rayonunun 3 milyon əhalisini içməli su ilə təmin edəcək. Bu rayonlardan ən uzağı isə Masallı rayonu olacaq".

2022-06-28 / 15:28
Facebook