Gürcüstanın din xadimlərinin Şuşaya səfəri başa çatıb.
Qonaqların Şuşaya səfərinin sonuncu dayanacağı Cıdır düzü olub. Cıdır düzündə dindarlar öncə Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın ruhuna dualar oxuyublar, sonra, şükür namazı qılıblar.
Qeyd edək ki, Gürcüstan Azərbaycanı Müsəlmanları idarəsinin möminləri Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə işğaldan azad olunmuş ərazilərə səfər ediblər.