Ağdam Sənaye Parkının ərazisi minalardan tam təmizlənib

 

Qarabağın dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər uğurla davam etdirilir.

Ağdam Sənaye Parkından verilən məlumata görə, 190 hektar sahəni əhatə edən Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. Yaxın vaxtlarda Sənaye Parkında rezidentlərin istifadəsi üçün infrastruktur sisteminin qurulması işlərinə başlanılacaq.

Qeyd edək ki, hazırda Ağdam Sənaye Parkında 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bununla yanaşı, hazırda da Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadi Zonaların İnkişafı Agentliyinə layihələr təqdim olunur və həmin layihələr Agentlikdə təhlil edilir.

2022-04-28 / 12:18
Facebook