Lavrov: "Belarusu Rusiyadan qoparmaq cəhdlərinə layiqincə və sərt cavab verəcəyik"

 

 

Lavrov: "Belarusu Rusiyadan qoparmaq cəhdlərinə layiqincə və sərt cavab verəcəyik"

“Moskva və Minsk Belarusu Rusiyadan qoparmaq cəhdlərinə layiqincə və sərt cavab verəcək”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov belaruslu həmkarı Vladimir Makeylə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

"Belarusda vəziyyəti çalxalamağa, Belarusu Rusiya Federasiyasından qoparmağa, İttifaq Dövlətinin fəaliyyətinin əsaslarını sarsıtmağa cəhd edənlərə biz faktlar əsasında, bu ölkənin daxili işlərinə hər hansı müdaxilədən imtina etmək tələbləri əsasında layiqli və qətiyyətlə cavab verəcəyik. Hesab edirik ki, bütün problemlər Belarus Respublikasının Konstitusiyası əsasında həll olunmalıdır", - deyə Rusiya XİN başçısı vurğulayıb.

 Lavrov Belarusda vəziyyətin ölkəsini niyə narahat etdiyini də açıqlayıb: "Belarusda vəziyyət Moskvanı narahat edir. Çünki Minsk Moskvanın strateji müttəfiqdir. Belarus Respublikası ilk dəfədir ki, ciddi qeyri-sabitlik təhlükəsi ilə üzləşib. Bu qeyri-sabitlik, bu səylər xaricdən enerjili müdaxilə ilə baş verir. Biz Belarusun qanuni hakimiyyətinə bir sıra xarici dövlətlər - hansılar ki, eyni vaxtda açıq şəkildə müxalifəti dəstəkləyir - tərəfindən təzyiq göstərmək cəhdlərini qınayırıq".

2020-09-02 / 16:22
Facebook