Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib

 

 

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, müraciətdə son günlər sosial şəbəkələrdə, xüsusən “İnstagram” platformasında müəyyən ödəniş qarşılığında vətəndaşlara guya internet xidmətləri göstərən səhifələrin sayının artdığı ifadə edilib. Qeyd olunub ki, belə səhifələrin adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir, bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxarırlar. Hətta virtual məkanda fala baxmaq adı ilə də vətəndaşlarımızı aldadan şəxslər mövcuddur.

“Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməməyi və şəxsi məlumatlarını kənar şəxslərlə paylaşmamağı tövsiyə edirik”, - deyə müraciətdə bildirilib.

2020-01-28 / 11:54
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9837
Facebook