Putin məşhur azərbaycanlının adını əbədiləşdirdi - SƏRƏNCAM

 

 

Rusiya prezidenti Vladimir Putin ölkədəki hava limanlarına məşhur şəxslərin adının verilməsi barədə sərəncam imzalayıb. 
Sərəncama əsasən, məşhur azərbaycanlı geoloq, Sibirdə zəngin neft yataqları aşkarlayan Fərman Salmanovun adı rəsmən Surqut hava limanına verilib. 
Xatırladaq ki, 2018-ci ilin dekabrında Rusiyada ümumxalq səsverməsinin nəticələrinə əsasən, Fərman Salmanovun (1931-2007) adının Surqut hava limanına verilməsi istənilmişdi. Rusiya prezidentinin bugünkü sərəncamı tarixi hadisəni rəsmiləşdirib.

2019-05-31 / 15:10
Facebook