Aydın Mirzəzadə: "O uşaqdan popkorn almaq lazım idi..."

Milli Məclisin deputatı Aydın Mirzəzadə həmkarı Rasim Musabəyovun “Azneft” meydanında popkorn satan uşaqla bağlı yazdığı statusa reaksiya verib.

YAP-çı deputat məsələ barədə fikirlərini “Facebook” səhifəsində paylaşıb.

““Azneft” meydanının altındakı yeraltı keçiddəki popkorn satan uşaq məsələsi məni çox təsirləndirdi. O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi. Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi. Bütün bunlardan əvvəl isə yaxınlaşıb, uşaqdan popkorn almaq lazım idi ki, qoy verdiyimiz puldan ona həmin gün azacıq da olsa pul qalaydı”, - A.Mirzəzadə statusunda yazıb.

 
2019-05-09 / 13:39
Facebook