Qarabağ qazisinə mənzil verildi – QAÇQINKOM-dan daha bir xoşməramlı addım

 

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi aprel döyüşləri iştirakçısı, ehtiyatda olan baş leytenant, 2- ci qrup Qarabağ əlili Əhliyət Mehdiyevə 3 otaqlı mənzil verib.

Bu barədə Ə.Mehdiyev özü facebook səhifəsində məlumat verib:

“Əziz dostlar bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Sədri Vətənpərvər insan Cənab Rövşən Rzayev məni və ailəmi Qobu Park yaşayış Kompleksində 3 otaqlı mənzillə sevindirdi. 

Mən Aprel döyüşlərindən tərxis olunandan sora çox hörmətli Rövşən müəllim məni “Qaçqınkom”da işlə təmin etdi, xüsusi ilə minnətdarlığımı bildirirəm Aprel döyüşlərində Qəhrəmancasına Şəhid olan polkovnikimiz Raqub Orucovun xanımı, çox hörmətli Sevinc Xanım Alızadəyə, mənim evlə bağlı , işlə bağlı problemim olduğunu bilən kimi çox hörmətli Rövşən müəllimə bildirdi. Sağ olsun Rövşən müəllim işlə təmin etdi mənim Ağdam rayonundan məcburi köçkün olduğumu bilən kimi yaxın vaxtlarda mənzil məsələmə köməklik edəcəyini bildirdi. Bu gün artıq məni 3 otaqlı mənzillə sevindirdi.

Sağ olsun Cənab Prezidentimiz İlham Əliyev, sağ olsun 1- ci Vitse Prezidentimiz Mehriban Xanım Əliyeva, sağ olsun dövlətimiz hər zaman Şəhid və Qazi ailələrinin yanındadı. İnşallah Qarabağımız tezliklə İşğaldan azad olunsun, öz ata - baba torpaqlarımızda yaşamağımızın sevincini yaşayaq”.

2019-04-25 / 12:39
Facebook