Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.
Başqa sözlə, vergidən azadetmə 2021-ci ilədək davam edəcək.
Dəyişiklik layihəsinə Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında baxılacaq.