Azərbaycan Ordusunun kontingenti Pakistanda keçiriləcək hərbi paradda iştirak edəcəklər

 

 

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin müdafiə naziri Pərviz Xattak ilə görüşüb.

Görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. P. Xattəki Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstəyini bir daha ifadə edib.

Nazir həmçinin müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətindən danışıb, Pakistan-Azərbaycan İşgüzar Səviyyəli Forumun iki ölkə arasında müdafiə əlaqələrinin möhkəmləndirilməsində və gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Pakistanın beynəlxalq forumlarda Dağlıq Qarabağ məsələsində Azərbaycana davamlı dəstəyini yüksək qiymətləndirən səfir Ə. Əlizadə Kəşmir məsələsində rəsmi Bakının dəstəyini xatırlaıb. Səfir bildirib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun 21-23 mart tarixlərində Pakistana səfəri planlaşdırılır. Nazir, həmçinin Azərbaycan Ordusunun kontingenti və paraşütçüləri martın 23-də İslamabadda keçiriləcək hərbi paradda iştirak edəcəklər.

2019-03-15 / 12:01
Facebook