Azərbaycanda ilk dəfə xəstəyə süni ürək köçürülüb

 

Azərbaycanda ilk dəfə xəstəyə süni ürək köçürülməsi ilə onun həyatı xilas edilib.

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, Azərbaycanda və bir sıra xarici ölkələrdə dəfələrlə müalicə alan və ağır vəziyyətdə olan 55 yaşlı xəstə Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib. Kardioloqlar Abbasəli Abbasəliyev və Şahin Xəlilov tərəfindən maksimal tibbi müayinə aparıldıqdan sonra xəstəyə fevralın 3-də süni ürək implantasiyası (çəkisi 160 qram olan dünyanın ən kiçik süni ürəyi – HeartWare) uğurla həyata keçirilib.

Məlumatda o da bildirilib ki, süni ürək xəstənin ehtiyacına uyğun olaraq, dəqiqədə 8-10 litrə qədər qanı bütün orqanlara ötürə bilir. Bu cihaz döş qəfəsinə, ürəyin zirvəsinə cərrahiyyə yolu ilə yerləşdirilir.

Qeyd edək ki, süni ürək implantasiyası olunmuş xəstələr sağlam insanlar kimi əməliyyatdan sonra normal həyat tərzinə dönə bilirlər.

2019-02-12 / 12:26
Facebook