İyunun 23-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş “Əsgərə məktub” adlı aksiya keçirir.
Verilən məlumata görə, aksiyanın keçirilməsində məqsəd Azərbaycan vətəndaşının öz əsgərinə, ordusuna ehtiram və diqqətinin “Azərpoçt” MMC vasitəsilə çatdırılması və insanlarda məktub yazmaq vərdişini təşviq etməkdir.
“Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın!” şüarı ilə təşkil olunan aksiyanın birinci mərhələsi iyunun 23-24-də “Park Bulvar” ticarət mərkəzində keçirilir. “Park Bulvar”da “Azərpoçt” MMC-nin xüsusi guşəsi fəaliyyət göstərir.
Hazırda əsgər valideynləri sözügedən guşədə Azərbaycan əsgərinə məktub yazmaq imkanı əldə etməklə yanaşı, ödənişsiz bağlama da göndərə bilirlər.