Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklər 16-18 saata daşınacaq

 

 

Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklər 16-18 saata daşınacaq.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolları arasında ilk yüklərin keçirilməsi üçün müqavilələr hazırlanıb. İlk olaraq 400 min tona yaxın taxıl yükləri, Rusiyadan gələn kömürlərin, taxtanın keçirilməsi üçün danışıqlara başlanılıb.

2017-10-13 / 15:17
Facebook