Şəffaf vergi tərəfdaşlığı əsasında fəaliyyət göstərən vergiödəyicilərinin siyahısı açıqlanıb

15077807433261833275_1000x669

Vergilər Nazirliyinin rəsmi internet saytının - www.taxes.gov.az “Yaşıl dəhliz” bölməsində şəffaf vergi tərəfdaşlığı əsasında fəaliyyət göstərən vergiödəyicilərinin siyahısı yerləşdirilib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, cari ilin əvvəlindən etibarən vergi orqanlarına tərəfdaş ödəyici statusunun alınması üçün müraciət edən və ya təsdiq edilmiş qaydalarda göstərilən meyarlara uyğun olduğu müəyyən edilən 454 (o cümlədən, Bakı şəhəri üzrə 200) vergiödəyicisinə “Tərəfdaş vergiödəyicisi statusunun əldə edilməsi barədə” bildirişlər təqdim olunub.

Tərəfdaş vergiödəyicilərinin növbədənkənar qəbulu üçün respublika üzrə 52 xidmət mərkəzinin növbə terminalının proqram təminatında sürətli keçid üçün “Yaşıl dəhliz” adında seçim imkanı yaradılıb və bu sahədə işlər davam etdirilir.

2017-10-12 / 09:37
Facebook