Yanvar-sentyabr aylarında sənaye məhsulunun 24,6 faizi emal sektorunda istehsal olunub

15076874523999437604_1000x669

Yanvar-sentyabr aylarında ölkədə sənaye məhsulunun 24,6 faizi emal sektorunda istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, emal sektorunda qida məhsullarının istehsalı 0,7 faiz, içkilərin istehsalı 26,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 73,8 faiz, geyim istehsalı 37,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 51,8 faiz, mebel istehsalı 16,6 faiz artıb.

Tütün məmulatlarının istehsalı 12,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 21,3 faiz, kağız və karton istehsalı 1,4 faiz azalıb.

2017-10-11 / 09:17
Facebook