Müəssisənin nizamnamə kapitalına pay şəklində əmlakın qoyulması ƏDV-dən azaddır

1507514404163776879_1000x669

Təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalının artırılması məqsədilə pay şəklində hər hansı əmlakın qoyulması vergiyə cəlb olunurmu?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, idxal olunan əmlak istisna olmaqla, müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması ƏDV-dən azaddır. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən, mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi malların təqdim edilməsi sayılır.

2017-10-09 / 09:19
Facebook