Transanadolu boru kəmərinin (TANAP) tikintisi vaxtından əvvəl başa çatacaq.
Bunu Çanaqqala vilayətində tikinti işləri ilə tanış olan Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak deyib.
O qeyd edib ki, hazırda TANAP-ın Mərmərə dənizində sualtı hissəsinin tikintisi sürətləndirilmiş tempdə davam edir.
Nazirin sözlərinə görə, TANAP Türkiyə üçün vacib layihələrdən biridir.
Qeyd edək ki, TANAP-ın Mərmərə dənizində sualtı hissəsinin tikintisi bu il sentyabrın 23-də başlayıb.