Daim məktəb direktorlarının fəaliyyəti yoxlanılır və işinin öhdəsindən gələ bilməyənlər vəzifədən kənarlaşdırılırlar. Bundan sonra da məktəblərin idarəçiliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) diqqət mərkəzində olacaq.
Bunu BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva müsahibəsində deyib.
“Çünki böyük kollektivin fəaliyyəti məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratmasından və onu səmərəli idarə etməsindən asılıdır. Bu tədris ilində 30-dək məktəbə yeni direktor təyin olunub. Həmin məktəblərin rəhbərləri yaş həddi ilə əlaqədar, eləcə də fəaliyyətlərində müəyyən nöqsanlara yol verərək qanunvericiliyin tələblərini pozduqları üçün işdən uzaqlaşdırılıblar”, - deyə M.Vəliyeva bildirib.