FHN Astara, Lənkəran və Masallı rayonlarında xilasetmə tədbirlərini davam etdirir

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Astara, Lənkəran və Masallı rayonlarında yağışların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində zəruri xilasetmə tədbirlərinin görülməsini davam etdirir.

FHN-dən bildiriblər ki, ötən sutka ərzində nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yağıntı suları ilə dolmuş ərazilərdə suçəkmə işlərinə cəlb olunub.

2017-10-06 / 10:36
Facebook