Azərbaycan Universitetində "Elektron Universitet" modelinin tətbiqinə start verilir

au_tedbir_051017_02

Azərbaycan Universitetində “Elektron Universitet” modelinin təqdimatı keçirilib.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, təqdimatda universitet rəhbərliyi, professor-müəllim heyəti və inzibati işçilər iştirak edib.

Tədbiri Azərbaycan Universiteti rektorunun məsləhətçisi, Vergilər Nazirliyi Tədris Mərkəzinin rəhbəri Əli Həsənov açıb. O bildirib ki, öz fəaliyyətində daim təkmilləşmə siyasəti həyata keçirən Azərbaycan Universiteti elektronlaşma əsrində baş verən proseslərdən kənarda qalmır və elektron platformanın tətbiqinə başlayır.

“Elektron Universitet”in təqdimatını isə tərəfdaş Cybernet şirkətinin nümayəndəsi və layihənin rəhbəri Ramin Bağırov aparıb. O qeyd edib ki, model tədris prosesinin effektivliyinin artırılması, universitetin fəaliyyətinin optimallaşdırılması, sürətləndirilməsi və tam avtomatlaşdırılmasına, eyni zamanda müasir kitabxana sisteminin yaradılmasına xidmət edir. Mütəxəssis “Elektron Universitet”in modulları və tətbiqinin mərhələləri haqqında da məlumat verib.

Model mərhələli şəkildə həyata keçiriləcək və universitetin tədris prosesinə nəzarəti sürətləndirəcək.

2017-10-05 / 10:02
Facebook