Şamaxı rayonunun dağlıq ərazisində köməyə ehtiyacı olan xarici vətəndaşların axtarışları aparılır

1507020687444324869_1000x669

Oktyabrın 3-də saat 06:48 radələrində Amerika Birləşmiş Ştatlarının “911” çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə “Nissan Patrol” markalı iki avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən bildiriblər ki, yardıma ehtiyacı olan şəxslər barədə məlumat və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin “112” zəng mərkəzinə ötürülüb. Hazırda mümkün vasitələrlə axtarış–xilasetmə əməliyyatları həyata keçirilməkdədir.

2017-10-03 / 12:54
Facebook