Hesablama Palatasının iş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqram təsdiqlənib

15067603445629460376_1000x669

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclasında "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN 9900000831) maliyyə-təsərrüfat fəaliyyətinə dair və Azərbaycan Texniki Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Hesablama Palatasının mətbuat xidmətindən bildiriblər ki, müzakirələrdə iştirak edən Azərbaycan Texniki Universitetinin rektor əvəzi Xaliq Yahudov və baş mühasibin müavini Elmir Şükürov kollegiya üzvlərinin suallarını cavablandırıblar.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının iş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub.

2017-09-30 / 12:41
Facebook