Cavid Qurbanov: “Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatdırılması böyük tarixi hadisədir”

15066011241100323458_1000x669
"Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin başa çatdırılması böyük tarixi hadisədir. Bu layihə çox geniş əraziləri, böyük mədəniyyətləri birləşdirəcək. Bu yolun tikintisinin başa çatdırılması Azərbaycanın çox böyük uğurudur”.

Bu sözləri "Azərbaycan Dəmir Yolu" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə müsahibəsində söyləyib.

O deyib ki, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun ilk sınağı uğurla başa çatıb. Bu qatarla biz Tbilisidən Qarsa gəldik. Yaxın günlərdə dövlətlərimizin başçılarının iştirakı ilə Bakıda BTQ-nin rəsmi açılışı olacaq.

C.Qurbanov xatırladıb ki, dünyanın ən böyük layihələrindən biri olan BTQ dəmir yolu layihəsinin təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyevin tərəfindən irəli sürülüb. Bu yolun Gürcüstan ərazisindəki tikintisi də Azərbaycanın ayırdığı sərfəli kredit hesabına və Azərbaycan şirkətlərinin iştirakı ilə həyata keçirilib. Bu layihə təkcə bizim ölkələrimiz və xalqlarımız üçün deyil, dünya dövlətləri üçün böyük əhəmiyyətə malikdir.

“Qədim İpək yolunun tərkib hissəsi olan BTQ Pekindən Londonadək olan böyük bir sahəni əhatə edir. BTQ sivilizasiyaların inkisafında mühüm rol oynayacaq",- deyə, Qurbanov vurğulayıb.

2017-09-28 / 16:20
Facebook