Paytaxtın pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 43,0 faizi ərzaq məhsullarına sərf edilib

1506598858546686629_1000x669

Cari ilin yanvar-avqustunda Bakı şəhərində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 43,0 faizi ərzaq məhsullarının, 1,5 faizi içkilər və tütün məmulatlarının, 13,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 4,9 faizi elektrik malları və mebelin, 2,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,1 faizi əczaçılıq və tibbi malların, 6,8 faizi avtomobil yanacağının, 26,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bakı şəhər Statistika İdarəsindən bildirilib ki, hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 29,3 milyon manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılıb.

2017-09-28 / 15:51
Facebook