Sentyabrın 28-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 46 min 194,74 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən bir gündə 4 min 331,12 ton pambıq yığılıb. Məhsul yığımında Saatlı rayonu öndə gedir. Rayon pambıqçıları indiyədək 9 min 78,40 ton məhsul təhvil veriblər. İlk beşliyə Biləsuvar (5425,67 ton), Sabirabad (5211,99 ton), Beyləqan (3382,56 ton), Ağcabədi (3357,14 ton) rayonları daxildir.