"Təmiz Şəhər"in nümayəndə heyəti ümumdünya konqresində iştirak edib

tamiz_sheher_280917_02

“Təmiz Şəhər” ASC-nin nümayəndə heyəti ümumdünya konqresində iştirak edib.

ASC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 25-27 sentyabr tarixlərində ABŞ-ın Baltimor şəhərində Beynəlxalq Bərk Məişət Tullantıları Assosiasiyasının (ISWA) təşkilatçılığı ilə bərk məişət tullantılarının idarə edilməsi sahəsində ən böyük beynəlxalq elmi və praktiki tədbir olan WASTECON-2017 İllik Dünya Konqresi keçirilib.

70 ölkədən 1400-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Etibar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbir çərçivəsində tullantıların idarəolunması sahəsində tətbiq olunan yeni texnologiyalar, bərk məişət tullantılarının təkrar emalı və tullantılardan alternativ enerjinin əldə olunması sahəsində tətbiq olunan yeniliklər müzakirə olunub.

2017-09-28 / 11:31
Facebook