Sentyabrın 27-si Dünya Turizm Günüdür

15064865685909621760_1000x669

Sentyabrın 27-si Dünya Turizm Günüdür.

Bu il Dünya Turizm Günü “Davamlı turizm inkişaf üçün alətdir” devizi altında keçirilir.

BMT-nin Dünya Turizm Təşkilatının (DTT) baş katibi Taleb Rifai bu əlamətdar günlə bağlı ictimaiyyətə müraciət edib. Müraciətdə turizmin kimya və yanacaq sənayesindən sonra ixracın həcminə görə üçüncü ən böyük sənaye sahəsi olduğu bildirilib. Qeyd edilib ki, turizm bütün insanlarda ümid, münasibətlərdə qarşılıqlı anlaşma yaradır. Təkcə ötən il 1,235 milyon səyahətçi beynəlxalq sərhədləri keçib. 2030-cu ilədək bu rəqəm 1,8 milyard olacaq. Bu il qeyd edilən Dünya Turizm Gününün əsas məsələsi 1,8 milyard adamın turist kimi səyahətindən yaranacaq imkanların dayanıqlı inkişafın iqtisadi, sosial, ekoloji, mədəni və sülh istiqamətlərinə necə töhfə verə biləcəyini nəzərdən keçirməkdir. BMT Baş Assambleyası 2017-ci ili “Beynəlxalq Davamlı Turizm İli” elan edib. Bu, bizə bəşəriyyət üçün daha yaxşı gələcəyə nail olmaq məqsədilə turizmin imkanlarından istifadə edilməsində qüvvələrimizi birləşdirməyə şərait yaradır. Vurğulanır ki, hər kəs səyahət edəcəyi ölkədə təbiətə, mədəniyyətə, yerli əhaliyə hörmətlə yanaşmağı unutmamalıdır. Müraciətdə deyilir: “Siz arzu edilən cəmiyyətə nail olunmasında dünyanı dəyişdirməyə qadirsiniz. Siz daha yaxşı gələcəyin səfiri ola bilərsiniz. Səyahət edin, zövq alın və hörmət edin”.

Müraciətin tam mətnini DTT-nin saytında oxumaq mümkündür. Qeyd edək ki, DTT, həmçinin “Səyahət et. Zövq al. Hörmət et” kampaniyası keçirib. Kampaniyanın məqsədi turizm sektorunun müsbət dəyişikliklər katalizatoruna çevrilməsi işinə turistlərin cəlb edilməsidir.

2017-09-27 / 08:58
Facebook