Azərbaycan neftinin bir barreli 60,5 dollardan baha satılır

15064064904772120508_1000x669

Dünya birjalarında neftin qiyməti bahalaşıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,07 dollar bahalaşaraq 52,29 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar artaraq 59,22 dollar təşkil edib.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,39 dollar bahalaşaraq 60,51 dollar olub.

2017-09-26 / 10:22
Facebook