Azərbaycan ərazisinin 20 faizinin işğalı ölkənin investisiya mühitinə mənfi təsir edir

15063410014526124987_1000x669

Azərbaycanın separatizmə məruz qalması, torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ölkənin investisiya mühitinə mənfi təsir edir.

Bu fikri “İnnovasiya, sərmayə: Xarkov təşəbbüsü” adlı beynəlxalq iqtisadiyyat forumunda çıxışı zamanı Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev söyləyib.

Səfir qeyd edib ki, separatizm iqtisadi inkişafa mənfi təsir edir. Ona görə də beynəlxalq maliyyə qurumları işğalçılıq siyasəti yürüdən Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq etməlidir.

Azərbaycanda sağlam investisiya mühitinin yaradıldığını vurğulayan səfir bildirib ki, ölkəmiz xarici investorların cəlbində maraqlıdır və onların fəaliyyəti üçün beynəlxalq standartlar tətbiq edilir.

“Azərbaycan şirkətlərinin Ukraynaya investisiya cəlbini artırmaq üçün ölkə qanunları liberallaşdırılmalıdır. Azərbaycan Ukrayna ilə birgə şirkətlərin yaradılmasında maraqlıdır”, - deyə A.Xudiyev bildirib.

Qeyd edək ki, beynəlxalq forumda 20-yə yaxın ölkənin Ukraynadakı səfirləri, beynəlxalq maliyyə qurumlarının nümayəndələri iştirak ediblər.

2017-09-25 / 16:10
Facebook