“Gazprom” Azərbaycanda nümayəndəlik aça bilər

15063225551001554688_1000x669

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti Azərbaycanda nümayəndəlik aça bilər.

Şirkətin Direktorlar Şurasının oktyabrın 2-də keçirəcəyi iclasda Azərbaycanda nümayəndəlik açılması müzakirə ediləcək.

Qeyd edək ki, “Gazprom” 2000-2006-cı illəri əhatə edən dövrdə Azərbaycana təbii qaz nəql edib. “Şahdəniz” yatağının istismara verilməsindən sonra təbii qazın nəqli dayandırılıb.

2017-09-25 / 11:07
Facebook