“Günəşli” yatağındakı 115 nömrəli quyu istismara qaytarılıb

15060770926234413831_1000x669

“Günəşli” yatağındakı 115 nömrəli quyu istismara qaytarılıb.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, neft və qaz hasilatının artırılması üçün prioritet sahələrdən biri də fəaliyyətsiz fondda olan quyuların istismara qaytarılmasıdır. “Azneft” İstehsalat Birliyi bu sahədə fəaliyyətini uğurla davam etdirir. Birliyin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən istismar olunan “Günəşli” yatağındakı 3 nömrəli dərin dəniz özülündən 115 nömrəli quyu əsaslı işlərdən sonra istismara qaytarılıb. Məhsuldar qat çöküntülərinin VI horizontundan fontan üsulu ilə məhsul vermiş quyu 2291-2234 metr intervaldan gündəlik 190 min kubmetr qaz və 5 ton kondensat hasilatı ilə istismara daxil edilib.

Ümumiyyətlə, cari ilin əvvəlindən “Günəşli” yatağındakı fəaliyyətsiz fondda olan 45 quyu gərgin araşdırma və əməliyyatlardan sonra istismara daxil edilib. Bu quyulardan cari ilin yanvar-avqust ayları ərzində ümumilikdə 125,6 milyon kubmetr qaz və 167,6 min ton neft hasil edilib.

2017-09-22 / 14:50
Facebook