Azərbaycan istehsalı olan “Savalan” şərabı “Wine Review” jurnalının təşkilatçılığı ilə Koreya Respublikasında keçirilmiş “Korea Wine Challange” şərab müsabiqəsində mükafata layiq görülüb.
23 ölkədən 810 şərabın təqdim olunduğu müsabiqədə “Aspi-Aqro” MMC-nin “Savalan” şərabı bürünc medalla mükafatlandırılıb.
Qeyd edək ki, təşkilatçılar müsabiqənin qalibləri barədə məlumatı Koreya Respublikasının şərab biznesi ilə məşğul olan şirkətlərinə təqdim edəcəklər.