“Babək” strukturunda axtarış quyusunun qazılması növbəti illərə planlaşdırılır.
Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. O qeyd edib ki, “Babək” strukturunda karbohidrogen ehtiyatları 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat həcmində qiymətləndirilir.
“2012-ci ildə bu strukturda 622 kvadratkilometr həcmində 3D seysmik işlər yerinə yetirilib. Əldə edilmiş seysmik materiallar emal və interpretasiya olunub. Alınmış məlumatlar əsasında “Babək” strukturunun üçölçülü modeli qurulub, axtarış quyusunun yeri dəqiqləşdirilib. Lakin yüksək təzyiqli lay şəraiti üçün hazırda qazma qurğusu olmadığından “Babək” strukturunda axtarış quyusunun qazılması növbəti illərdə nəzərdə tutulur”, - deyə X.Yusifzadə əlavə edib.