TANAP ilə Azərbaycan təbii qazının 2018-ci ilin iyununda Türkiyəyə çatdırılması tamamilə realdır

15058185181686135367_1000x669

Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə Azərbaycan təbii qazının nəzərdə tutulduğu kimi, 2018-ci ilin iyun ayında Türkiyəyə çatdırılması tamamilə realdır.

Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. O bildirib ki, TANAP layihəsi çərçivəsində işlərin 80 faizdən çoxu icra edilib. 2020-ci ildə boru kəmərinin buraxılış gücü illik 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlkin mərhələdə 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya veriləcək.

 

2017-09-19 / 15:00
Facebook