Azərbaycanın iqtisadi ticarət tərəfdaşlarının sayı 180 ölkəyə çatıb

15058061674617327919_1000x669

Azərbaycan xarici investisiyalar üçün cəlbedici məkana çevrilib. Ölkəmizin iqtisadiyyatına 200 milyard dollardan çox investisiya yatırılıb. Eyni zamanda, 76 milyard dollardan çox birbaşa xarici investisiya cəlb olunub.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, Azərbaycanın iqtisadi ticarət tərəfdaşlarının sayı 180 ölkəyə çatıb. Ötən illərdə Azərbaycanda ümumi məhsul buraxılışı 22 dəfədən çox, dövlət büdcəsi 26 dəfədən çox artıb.

2017-09-19 / 11:43
Facebook