Sahibkarlar Çində keçiriləcək əmtəə yarmarkasına dəvət olunurlar

15057864264157628165_1000x669

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları Çində keçiriləcək əmtəə yarmarkasına dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, oktyabrın 21-də Çinin İvu şəhərində XXIII "Beynəlxalq Çin İvu Əmtəə" yarmarkası keçiriləcək. Yarmarka oktyabrın 25-dək davam edəcək.

Qeyd edək ki, 1995-ci ildən başlayaraq İvu şəhərində keçirilən yarmarka Çinin ən böyük yarmarkalarından biri hesab olunur.

2017-09-19 / 09:13
Facebook