Paytaxtın Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb

15057330661253428923_1000x669

Avtonəqliyyat vasitələrinin və piyadaların rahat və təhlükəsiz gediş- gəlişini təmin etmək istiqamətində həyata keçirilən kompleks tədbirlər çərçivəsində “Azəravtoyol”ASC tərəfindən Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb. Genişləndirilən yol hissəsinin uzunluğu 400 metrdir.

ASC-nin mətbuat xidmətindən bildirilib ki, küçənin “Qələbə dairəsi”nə doğru olan hissəsində əsas yolla köməkçi yolu ayıran ayrıcı zolaq ləğv edilib. Nəticədə sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti təmin olunub, həmçinin əlavə daha 1 hərəkət zolağı yaranıb.

Bundan başqa, genişləndirmə işləri aparılan hissəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib və yola üfiqi nişanlanma xətləri çəkilib.

2017-09-18 / 15:18
Facebook