2018-ci ildən Azərbaycan məhsullarının xarici ölkələrin aeroportlarında olan "Duty Free"lərdə təbliğinə başlanılacaq.
Bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
"Azərbaycan Hava Yolları" QSC (AZAL) və SOCAR-la aparılan danışıqlar nəticəsində "Made in Azerbaijan" brendi ilə istehsal olunan məhsullar bu şirkətlərin xaricdə olan filiallarında təbliğ olunacaq", - deyə nazir müavini qeyd edib.