Bağlanan 11 bank üzrə 747,8 milyon manatdan çox kompensasiya ödənilib

15048547603085236275_1000x669

Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan 11 bank üzrə 747 milyon 881 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan bildiriblər ki, ləğv prosesində olan "Bank Standard" KB-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 596 milyon 499 min manat olmaqla onlardan 554 milyon 593 min manatı qorunan əmanətlər, o cümlədən 441 milyon 154 min manatı kompensasiya olunan əmanətlərdir. Sentyabrın 7-nə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçilərə ümumilikdə 437 milyon 689 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 99,2 faizi) və 3 milyon 465 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

"Yunayted Kredit Bank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3 milyon 550 min manat olmaqla onlardan 3 milyon 230 min manatını qorunan əmanətlər, o cümlədən 2 milyon 99 min manatı kompensasiya olunan əmanətlər təşkil edir. Fond tərəfindən qorunan əmanətçilərə ümumilikdə 1 milyon 837 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib (ümumi kompensasiya öhdəliyinin 87,5 faizi) və 262 min 485 manat ödənilməmiş kompensasiya öhdəliyidir.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 191 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi), "Gəncəbank" ASC-nin əmanətçilərinə 976 min 441 manat (ümumi kompensasiya öhdəliyinin 94 faizi), "Texnikabank" ASC-nin əmanətçilərinə 120 milyon 408 min manatdan artıq, "Parabank" ASC-nin əmanətçilərinə 43 milyon 222 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,5 faizi), "Zaminbank" ASC-nin əmanətçilərinə 72 milyon 196 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,3 faizi), "Kredobank" ASC-nin əmanətçilərinə 27 milyon 914 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,6 faizi), "Dekabank" ASC-nin əmanətçilərinə 3 milyon 88 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,8 faizi), "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 milyon 352 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 faizi), "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 2 milyon 4 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 95,9 faizi) kompensasiya ödənilib.

Qeyd edək ki, "Əmanətlərin sığortalanması haqqında" Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət (kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il) əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

2017-09-08 / 11:18
Facebook