SOCAR-ın “Ödənişli Yay Təcrübəsi” proqramı uğurla davam etdirilir

15047714564032114899_1000x669

SOCAR-ın“Ödənişli Yay Təcrübəsi” proqramı uğurla davam etdirilir.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, SOCAR 2010-cu ildən etibarən Azərbaycanın və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, inşaat, boru kəmərləri, ekologiya, neft-kimya və kimya mühəndisliyi, energetika, iqtisadiyyat və proqramçı ixtisasları üzrə təhsil alan, Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün “Ödənişli Yay Təcrübəsi” proqramını həyata keçirir. Cari ildə proqrama 122 nəfər tələbə cəlb edilib və proqram uğurla davam etdirilir.

Bu günlərdə şirkətin baş ofisinin İnsan Resursları Departamentinin əməkdaşları SOCAR-ın müəssisə və təşkilatlarında “Ödənişli Yay Təcrübəsi” proqramı üzrə təcrübə keçən tələblərlə görüşüblər. Görüşlər təcrübə rəhbərləri və təcrübəçilərlə fərdi və kollektiv şəkildə baş tutub. “Azneft” İstehsalat Birliyi, Heydər Əliyev adına Neft Emalı Zavodu, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi və “Neftqazelmitədqiqatlayihə” İnstitutunda təcrübə keçən tələbələrlə görüşən departament əməkdaşları onların iş şəraiti ilə tanış olublar.

Təcrübədən məmnun qalan tələbələrin hər biri proqramdan, təcrübə rəhbərlərindən və iş şəraitindən razılıq bildirib, təhsillərini başa vurduqdan sonra karyeralarını məhz SOCAR-da davam etdirmək arzusunda olduqlarını vurğulayıblar. Proqram və iştirakçıların fəaliyyəti haqda fikirlərini bölüşən təcrübə rəhbərləri yay təcrübəsinə cəlb edilmiş tələbələrin bilik və bacarıqlarından razı qaldıqlarını qeyd ediblər.

Sonda həm təcrübə proqramının iştirakçıları, həm də təcrübə rəhbərlərinin ödənişli yay təcrübəsi proqramı ilə bağlı rəy və təklifləri dinlənilib.

2017-09-07 / 12:04
Facebook