“Brent”in qiyməti son 15 həftənin maksimum səviyyəsindədir

15047660656249162638_1000x669

“Brent” markalı xam neftin qiyməti son 15 həftənin ən yüksək səviyyəsinə çatıb.

Hazırda “Brent” nefti Londonun ICE birjasında 54,04 dollar/barreldən alıcı axtarır.

Mütəxəssislərin fikrincə, ABŞ-ın neft mərkəzi kimi qəbul edilən Texas əyalətində “Harvi” qasırğasının ölkənin neft sənayesinə mənfi təsir etdiyini, bölgədə bağlanan neft emalı zavodlarının yenidən fəaliyyətə başladığını və dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da xam neft tələbatının yenidən artdığını vurğulayıblar.

Bundan başqa, analitiklər Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə kartelə üzv olmayan neft istehsalçısı ölkələr arasında gələn ilin martında bitəcək xam neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha da uzadılması üçün dünyanın ən iri xam neft istehsalçısı Rusiya ilə ən böyük xam neft ixracatçısı Səudiyyə Ərəbistanı arasındakı danışıqların müsbət keçdiyini və bunun neftin qiymətini bahalaşdırdığını bildirirlər.

Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi avqustda da tam yerinə yetirib. Bu il bayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.

2017-09-07 / 10:43
Facebook